Sərhədi qanunsuz keçmək istəyən 8 nəfər saxlanıldı

serhedi-qanunsuz-kecmek-isteyen-8-nefer-saxlanildi
Oxunma sayı: 5293

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 8 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, oktyabrın 3-də saat 03:30-da Ağstafanın Sadıqlı kəndində yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla, 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunub.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.