Sərhədi qanunsuz keçməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb

serhedi-qanunsuz-kecmeye-calisan-azerbaycan-vetendasi-saxlanilib
Oxunma sayı: 2081

Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslər arasında 1 Azərbaycan vətəndaşı da var.
 
Azərbaycan vətəndaşı 3  Banqladeş vətəndaşı ilə Gürcüstan-Türkiyə sərhədində yerləşən Vale sərhəd-keçid məntəqəsi yaxınlığında dövlət sərhədini qanunsuz keçməyə cəhd edib. Qonşu ölkənin dövlət sərhədini pozmağa cəhd edən daha 5 Banqladeş və 1 Gürcüstan vətəndaşı isə Axaltsixe rayonunda Caral sərhəd bölməsi ərazisində saxlanılıb. 
 
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sərhəd-keçid məntəqələrindən yan keçməklə Türkiyə ərazisinə daxil olmağa cəhd ediblər. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.