Sərhədlə bağlı ikitərəfli komissiya yaradılır

Sərhədlə bağlı ikitərəfli komissiya yaradılır
Oxunma sayı: 2204

“Moskva, Bakı və İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və sonradan demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması istiqamətində hərəkətə keçmək barədə razılığa gəliblər, Rusiya Federasiyası isə tərəflərin xahişi ilə onlara yardım göstərəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçidə danışıqların yekunlarına dair birgə bəyanatında deyilir.

“Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi ilə Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işlərə rəhbərlik etməyə razılaşdıq”, - sənəddə qeyd edilir.