Sərhədlər bağlandı, əhali ərzaq dükanlarını boşaltdı

serhedler-baglandi-ehali-erzaq-dukanlarini-bosaltdi
Oxunma sayı: 641

Dörd ərəb ölkəsinin Qətərlə diplomatik əlaqələri kəsməsindən sonra paytaxt Dohada əhali ərzaq mağazalarına “hücum çəkib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ərzaq qıtlığına səbəb ola biləcək iqtisadi blokadadan qorxan insanlar qısa müddətdə dükanları boşaldıblar. 

Əhali arasında qorxu ölkədə bir çox yeyinti məhsullarının daxil olduğu Səudiyyə Ərəbistanı ilə sərhədlərin bağlanması xəbərindən sonra yaranıb. Eyni zamanda İran artıq bəyan edib ki, Qətəri ərzaqla təmin etməyə hazırdır.