“Sərhədlərin demarkasiyası çətin prosesdir” - Gürcü baş nazir

serhedlerin-demarkasiyasi-cetin-prosesdir
Oxunma sayı: 1465

Sərhədlərin demarkasiya prosesi çətin prosesdir. Lakin mən əminəm ki, bütün çətinliklərə baxmayaraq, bu proses Gürcüstan ilə Azərbaycan arasında mövcud olan dostluq və starteji tərəfdaşlıq münasibətləri çərçivəsində başa çatacaq.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri Mamuka Baxtadze söyləyib. Hökumət başçısı kütləvi informasiya vasitələrinin nümayəndələrini məsələnin həssaslığını nəzərə almağa və prosesi reallığa əsaslanaraq işıqlandırmağa dəvət edib.

İyunun ikinci yarısında tərəflər arasında növbəti görüşün keçiriləcəyini vurğulayan M.Baxtadze deyib: “İnanıram ki, Gürcüstan ilə Azərbaycan arasında sərhədin delimitasiyası ölkələrimiz arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun başa çatacaq”.