“Sərhədlərin dəqiqləşdirilməsi prosesindən bir addım geri çəkilmək olmaz”

serhedlerin-deqiqlesdirilmesi-prosesinden-bir-addim-geri-cekilmek-olmaz
Oxunma sayı: 1163

Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycanın postmüharibə dövründə qarşısında duran məsələlər haqqında təkliflərlə çıxış edib. 

“Qafqazinfo” xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında S. Novruzov Azərbaycanın qarşısında həll edilməli 4 məsələnin olduğunu bildirib:

“Bunlardan birincisi, sərhədlərin dəqiqləşdirilməsidir ki, bu saat bu proses gedir, bundan bir addım da geri çəkilmək olmaz. 

İkincisi, Zəngəzur dəhlizinin nə olur-olsun açılmasıdır. Bütün təbliğatımızı, fəaliyyətimizi buna həsr etməliyik. Çünki bu, həm bizə, həm də digər ölkələrə təsir edir. 

Üçüncü məsələ isə minaların xəritəsinin verilməsidir. Bu istiqamətdə bütün beynəlxalq konvensiyaların imkanlarından istifadə etməliyik. 

Dördüncü məsələ isə Azərbaycanın ərazi bütövlüyüdür ki, biz bunu birdəfəlik həll edib gələcək nəsillərə buraxmamalıyıq”.

Günel Türksoy