“Qafqazinfo”nun məlumatına görə, təşkilatın rəsmi saytında qeyd olunur ki, Azərbaycanın aparıcı müstəqil qəzeti olan “Ayna” hökumətin reklam bazarına nəzarət etməsi səbəbindən gəlirlərindən məhrum qalaraq bağlanmaq məcburyyətində qalıb.
Təşkilat nəşrin artıq tamamilə dövlət nəzarətində olduğunu və iqtisadiyyata nəzarətin hökumətin əlində olması səbəbindən hazırda ölkədə azad çap mediasının kollaps həddinə çatdığını yazıb.
“Zerkalo” qarşısında duran iqtisadi çətinliklər hökumətin məkrli senzura strategiyasının nəticəsidir”- deyə “Sərhədsiz Repartyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya bölümünün rəhbəri bildirib.
Daha sonra təşkilat vurğulayır ki, 2014-cü ildə mətbuat azadlığı sahəsində 180 ölkə arasında 160-cı yerdə qərarlaşan Azərbaycan mayın 14-ü Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi üzərində götürmüşdü:
“Bu ölkə, təşkilatın üzvü olan 47 dövlət arasında regionda insan haqlarının təminatı sahəsində ən repressividir”.
Son xəbərlər
Son Xəbərlər