Serial sevgiləri gerçək oldu - Biri evli, digəri nişanlı...

serial-sevgileri-gercek-oldu
Oxunma sayı: 5506

“Hayat şarkısı” serialında qovuşmayan iki sevgilini canlandıran Ecem Özkaya ilə Tayanç Ayaydın sərxoş vəziyyətdə görüntülənib.

Qafqazinfo” Sözcü qəzetinə istinadən xəbər verir ki, qaranlıq bir küçədə səmimi görünən iki məşhur mübahisə etməyə başlayıb.

Bu hadisə jurnalistlərin gözündən yayınmayıb. Daha sonra taksiyə minən cütlük fotoqrafların onları çəkdiklərinin şahidi olublar.

"Nə etdiyini zənn edirsən, mən evli bir qadınam, bunu etməyinə haqqın yox,- deyərək jurnalistlərlə yüksək səslə danışmağa başlayıb.

Tayanç və Ecem təxminən yarım saat sonra mindikləri taksi ilə geri dönərək çıxdıqları məkana qayıdıblar.

Xatırladaq ki, Ecem Özkaya aktyor Mustafa Üstündağla evlidir, bir övladı var.

Tayanç Ayaydın isə Bulut Köpük adlı xanımla boşanma mərhələsindədir. Aktyor, eyni zamanda Sally Ghalayini ilə nişanlandır.