Serial yoldaşları da Ozanı sərt tənqid etdilər

serial-yoldaslari-da-ozani-sert-tenqid-etdiler
Oxunma sayı: 5671

Sevgilisi Deniz Bulutsuzu döyməkdə ittiham olunan aktyor Ozan Güven Türkiyə mədəniyyət sahəsinin üzvləri tərəfindən tənqid edilib.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə linç kampaniyasına qoşulan məşhurlar Güvenin addımını pisləyərək, şiddətə son qoyulması barədə şüarlar səsləndiriblər.

Onlar arasında Hadisə Açıkgöz, Sıla Gencoğlu, Hazal Kaya, Berrak Tüzünataç, Bige Önal kimi  populyar simalar da yer alıb.

Ozan Güvenlə eyni serialda- “Babil”də rol alan aktrisa Birce Akalay, Aslı Enver və Nur Fettahoğlu da həmkarlarını sərt  tənqid ediblər.

“Qadına şiddət əsla dəstəklənməz. Hələ bildiyimiz, gördüyümüz, birbaşa yaşadığımız acıdan sonra. Bu gün illərdir tanıdığım və mənimlə eyni düşüncələrdə olduğuna əmin olduğum dostum Ozanın yaşadığı və yaşatdığı bu acıdan son dərəcə kədərliyəm. Tək deyə biləcəyim odur ki, təəccüb içərisindəyəm və hamı üçün kədərliyəm”,- deyə B. Akalay qeyd edib.

“Özümü tanıdığım andan qadına şiddət görən zaman səsimi çıxarmışam, çıxarmağa da davam edəcəm. Bu mövzuda fikrim dəyişməzdir. Şİddəti kim edirsə, etsin! Qarşıyam və qəbul etmirəm”,- deyə N. Fettahoğlu sosial şəbəkədə bildirib.

Aslı Enver də instaqramda status yazaraq “şiddətə yox” çağırışı edib.