Serialda öldüyü güman edilən qəhrəmanın dəfn mərasimi üçün yüzminlərlə insan səfərbər olub.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, hadisə Azərbaycanda da çox sayda tamaşaçısı olan, Türkiyə telekanallarından birində nümayiş olunan “Arka Sokaklar” serialının yeni anonsunun yayılmasından sonra baş verib. Filmin yeni seriyasının anons kadrlarında əsərin qəhrəmanlarından biri olan Hüsnü komissarın güllə ilə ağır yaralandığı nümayiş olunur. Anonsun sonunda isə ağır yaralı komissar özündən gedir. Onun öldüyü, yoxsa sadəcə huşunu itirdiyi dəqiq bilinməsə də artıq serialın fanatları Hüsnü komissarın dəfni üçün sosial şəbəkədə səhifə açıblar.
90 mindən çox səhifə istifadəçisi komissarın dəfnində iştirak edəcəyini bəyan edib, həmçinin 50 mindən çox istifadəçi isə bu barədə düşündüyünü bildirib.
“Arka sokaklar” serialı Türkiyənin özəl kanallarından birində 11 ildir nümayiş olunur. Türkiyə, Şimali Kipr və Bolqarıstandanümayiş olunan serialın Azərbaycanda da kifayət qədər tamaşaçısı var. Serialda əsas rolları Zafer Ergin (Rza baba), Şevket Çoruh (Mesud komissar), Özgür Ozan (Hüsnü komissar), Uğur Pektaş (Murad komissar) və Alp Korkmaz (Əli komissar) canlandırır.

Son xəbərlər
Son Xəbərlər