Serialdan sonra Maqomayevlə xanımı ən çox axtarılan oldu

serialdan-sonra-maqomayevle-xanimi-en-cox-axtarilan-oldu
Oxunma sayı: 2418

Ötən ay Rusiyanın Birinci kanalında yayımlanan “Maqomayev” adlı serial marağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, istehsalçı “Mediaslovo” şirkətinin  məlumatına əsasən, ekran işinin bəhs etdiyi Xalq artisti Müslüm Maqomayev və xanımı Tamara Sinyavskayanın adları Rusiya vikipediyasında daha çox axtarışa verilib.

Belə ki, Maqomayev ən çox axtarılanlar siyahısında 7, Sinyavskaya isə 15-ci pillədə olub.

Xatırladaq ki, sözügedən ekran işinin baş qəhrəmanları serbiyalı aktyor Bikoviç Miloş və  aktrisa İrina Antonenkodur.