Serialın bir bölümü üçün 100 min istəyir

serialin-bir-bolumu-ucun-100-min-isteyir
Oxunma sayı: 10281

Türkiyənin məşhur aktrisası Fahriye Evcen ekranlara geri qayıtmaq istəyir. “Qafqazinfo” xəbər verir ki, bir neçə ay bundan əvvəl ana olan serial ulduzu sentyabr ayında tamaşaçı qarşısına çıxacaq.

O, hazırda təklif olunan altı layihədən imtina edib. Buna səbəb Fahriyenin verilən qonorarla razılaşmamasıdır.

Əvvəl bir bölüm üçün 70 min TL (20 min AZN) pul qazanan TV ulduzu indi şirkətlərdən 100 min (təxminən 29 min AZN) tələb edir.