“Şerif” “CBC Sport”dan 150 min istəyir

serif-cbc-sportdan-150-min-isteyir
Oxunma sayı: 3801

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə səfər oyunu Azərbaycanda yayımlanmamaq ehtimalı böyükdür.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb rəqib tərəfin matçı yayımlamalı olan “CBC Sport”dan böyük məbləğ tələb etməsidir.

Belə ki, moldovalılar bu qarşılaşmanın yayımı üçün Azərbaycan kanalından 150 min avro tələb edib.