“Şerif” Madridi şoka saldı - Video

serif-madridi-soka-saldi
Oxunma sayı: 3340

Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, D qrupunda qərarlaşan “Real” öz meydanında “Şerif”i qəbul edib. Qarşılaşmada sensasiyalı nəticə qeydə alınıb. Moldova təmsilçisi İspaniya nəhəngini 2:1 hesabı ilə məğlub edərək madridliləri şoka salıb.

“Real” - “Şerif” 1:2

Qollar: Kərim Benzema, 65 (pen) - Casurbek Yaxşıbaev, 25, Sebastien Till, 90