Şərif Şərifov uduzdu - Yenilənib

serif-serifov-uduzdu
Oxunma sayı: 4356

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən güləşçimiz gürcüstanlı rəqibi Elizbar Odikadzeni 7-5 hesabı ilə üstələyib.

O, bürünc medal uğrunda kubalı Reyneri Salas Pereslə güləşəcək. 

***

Şərif Şərifov və Reyneri Salas Peres arasında görüş başlayıb.

Mübarizə 3:3 hesabı ilə başa çatıb. Sonuncu xalı kubalı qazandığı üçün idmançımız məğlub hesab edilib.