Xəbər verdiyimiz kimi, “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunacaq.
Bəs, bu, nəyi dəyişəcək?
“Qafqazinfo” məsələ ilə bağlı bir neçə müəllim fikirlərini təqdim edir:
Bakının 144 nömrəli tam orta məktəbin informatika müəllimi Lütviyyə Yolçiyeva deyir ki, yeni qərar onun üçün faydalı olacaq:
“Hər kəsin bildiyi kimi, sertifikatlaşdırmanın keçirilməsi təhsilverənlərin peşə səmərəliliyinin yoxlanılması məqsədini daşıyır. Mən həm gənc müəllim kimi işləyir, həm də təhsilimi magistratura səviyyəsində davam etdirirəm. Sevindirici haldır ki, yeni qərara əsasən, müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müəllim olan şəxslər işlədikdən 3 il sonra sertifikatlaşdırmadan keçə bilirlər. Bu peşəkar karyeram üçün, həm də daha erkən vaxtdan özümü sertifikatlaşmda sübut etməyim üçün faydalı olacaq”.
.jpg)
İngilis dili müəllimi Əsmər Nərimanlı:
“Mən gənc müəlliməm, 1 ildir ki, ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. Həm də yeni ailə qurmuş gənc kimi sertifikatlaşdırma müddəti barəsində verilən bu qərara çox sevinirəm. Nəzərə alsaq ki, gənc ailələrin təməli qoyularkən daha çox gəlirə ehtiyacları olur, buna görə də gələcəkdə imtahan verib yüksək nəticə yığmaqla ailə gəlirimi 35% artıra biləcəyimi müsbət hal kimi qiymətləndirirəm”.
.jpg)
“Mən 205 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimiyəm. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib yüksək balla işə qəbul olmuşam. Sertifikatlaşdırmada könüllü iştirak etmək istəyirdim, lakin bu, mümkün olmadı. Çox şadam ki, yeni işə daxil olanlar üçün müsabiqədə iştirak müddətinin 3 ilə endirilməsi ilə mənim də müsabiqədə iştirak imkanım olacaq. Səbrsizliklə imtahanı gözləyirəm” - Səadət Adnalıyeva deyib.
.jpg)
Cəlilabad rayonu Fətullaqışlaq kənd ümumi orta məktəbin coğrafiya müəllimi Mirəskər Məmmədov isə məsələyə belə münasibət bildirib:
“Subay və gənc müəllim olaraq sertifikatlaşdırma imtahanında iştirakın 5 ildən 3 ilə endirilməsi qərarını sevinclə qarşıladım. Sertifikatlaşma müəllim üçün vizit kartıdır, özü də bunu nə qədər tez sübut edə bilsən o qədər çevik gələcəyinə yatırım edə bilərsən. Həm də imtahanda iştirak edərək 35% artıma düşəcəyimə inanıram”.
.jpg)
Son xəbərlər
Son Xəbərlər