“Şerif”in baş məşqçisi “Zirə” ilə matçdan danışdı

serifin-bas-mesqcisi-zire-ile-matcdan-danisdi
Oxunma sayı: 2141

“Zirə”ni təhlil etmişik, az qol buraxan, həm də az qol vuran komandadır.  Cinahlarda yaxşı işləyirlər, əks-hücumda sürətli hücumçuları var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri  “Şerif”in baş məşqçisi Yuri Qura “Zirə”yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Baş məşqçi kimi ilk avrokubok oyununa çıxacaq mütəxəssis yaxşı nəticəyə ümid etdiyini bildirib: “Psixoloji cəhətdən hazır olmaq lazımdır. Sabah meydanda əlimizdən gələni edəcəyik. Bu, baş məşqçi kimi ilk avrokubok qarşılaşmamdır. Bu səbəbdən müsbət nəticəyə ümid edirəm. Əlbəttə, həyəcan var. Amma istəyimiz böyükdür. Meydanda bacarığımızı göstərməliyik”.

O, bundan əvvəl Ukraynada çıxış edən “Zirə”nin futbolçuları Eldar Quliyev və Rüstəm Əhmədzadə ilə qarşıdakı oyunlar barədə heç nə danışmadığını bildirib: “Xeyr, onlarla ünsiyyət qurmamışam. Onlar da mənə və ya bizdən kiməsə buna bənzər bir şey yazmayıblar”.