Sərinkeş uşağın üstünə aşdı, elektrik vurdu

serinkes-usagin-ustune-asdi-elektrik-vurdu
Oxunma sayı: 3684

Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nərimanov küçəsində baş verib.

Şəhər sakini, 2017-ci il təvəllüdlü Sahib Əziz oğlu Abbasovu elektrik enerjisi vurub. Məlumata görə, nəzarətsiz qalan uşağın üstünə sərinkeş aşıb.

Uşaq Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, onun keçindiyi məlum olub.

Fakt araşdırılır.