Serj Sarkisyan koronavirusa yoluxdu

serj-sarkisyan-koronavirusa-yoluxdu
Oxunma sayı: 1578

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan koronavirusa yoluxub və yanvarın 17-dən bəri təcrid olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” Sarkisyanın ofisinə istinadən məlumat verib.

“Ermənistanın üçüncü prezidenti özünü yaxşı hiss edir, öz evindədir, heç bir fəsad yoxdur”,- deyə açıqlamada bildirilib.

Xatırladaq ki, ötən il 20 noyabrda Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusdan ölmüşdü.