Ermənistan prezidenti Serj Sarkisyan işğal altındakı Dağlıq Qarabağa səfər edib.
“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, işgüzar məqsəd daşıyan səfərdə Sarkisyan qondarma respublikanın hərbi-siyasi rəhbərliyi ilə görüşəcək.
Görüşün detalları ilə bağlı məlumat verilmir. Lakin yerli müşahidəçilərin fikrincə, prezident Sank-Peterburqda İlham Əliyev və Vladimir Putinin iştirakı ilə keçən görüşün nəticələri ilə bağlı qondarma respublika rəhbərliyini məlumatlandıracaq.
Son xəbərlər
Son Xəbərlər