Sərnişin avtobusu aşdı - 10 yaralı var

sernisin-avtobusu-asdi
Oxunma sayı: 734

Quba rayonu ərazisində sərnişin avtobusu aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Quba rayon Mərkəzi xəstəxanasından məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində baş verib.

Quba rayon sakini Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus yoldan çıxaraq aşıb.