Sərnişin avtobusu avtomobillə toqquşdu

sernisin-avtobusu-avtomobille-toqqusdu
Oxunma sayı: 1290

Gəncədə yol qəzası baş verib.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Adıçəkilən küçə ilə hərəkət edən 6 saylı sərnişin mikroavtobusu yolun əks istiqaməti ilə gələn "Hyundai" markalı avtomobillə toqquşub.

Qəza zamanı minik maşınının sürücüsü Vüqar Bayramov yüngül xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər sürücünün vəziyyətini normal qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.