Hindistanın Yamuna avtomobil yolunda sərnişin avtobusu 4,5 metr yüksəklikdən kanala aşıb.
“Qafqazinfo”nun xəbərinə görə, qəza nəticəsində avtobusda olan 46 nəfərdən 29-su həlak olub, 17-si isə xəsarət alıb.
Məlumata görə, avtobus Uttar-Pradeş ştatının Lakhnau şəhərindən Dehliyə gedirmiş.
Qəzanın sürücünün sükan arxasında yuxuya getməsinə görə baş verdiyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər