“Qafqazinfo” ans tv-ə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən və qayda pozan sərnişin avtobusunun yolu keçən qadın piyadanı vurub. Həm də, avtobusun yüksək sürətlə hərəkət etdiyi də görünür. Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb və qəza törədən sürücü barəsində müvafiq tədbir görülüb. Amma bu kimi hallar tez-tez baş verir. Bəzən piyadaların keçiddən istifadə etməməsi, işıqforu gözləməməsi qəzalara səbəb olursa, sürücülərin də yol hərəkəti qaydalarına riayət etmədən qəza törətməsi halları kifayət qədərdir.
Məsələn, metronun “Memar Əcəmi” stansiyasından 4-cü mikrorayon istiqamətinə gedən yolda piyada xətlərinin üstündə avtobusun dayandığının şahidiyik.
Şəhərdə əksər işıqforların qarşısında piyada keçidləri var. Həmçinin maşınlar üçün işıqfora çatmamış stop, yəni dayanma xətti çəkilib. Amma bəzi sürücülər ya bunu görmür ya da əhəmiyyət vermirlər. Hətta, piyada keçidinin üstündə də avtomobili saxlamaqdan çəkinmirlər.
“Stop xəttin pozulanda, deməli artıq piyadaların hüquqları pozulur. Stop xəttinin tələbi pozulduqda sürücülər məsuliyyətə cəlb olunur”, - deyə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov qeyd edib.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi bu kimi hallarla dayanmadan mübarizə aparır. Qayda pozan sürücülər haqqında protokollar tərtib olunur və onlar 40 AZN məbləğində cərimə olunurlar.
Amma cərimələrdən də əlavə sükan arxasına əyləşən hər bir şəxs özünün və başqalarının həyatını təhlükəyə atmamaq üçün diqqətli olmalıdır.
Son xəbərlər
Son Xəbərlər