Sərnişin avtobusu piyadanı vurub öldürdü

sernisin-avtobusu-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1026

Yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. 

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, şəhər sakini Ramin Hüseynov idarə etdiyi “İsuzu” markalı 26 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Tamella Əlverdiyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.