Sərnişin avtobusu qəzaya düşdü - Ata və azyaşlı oğlu öldü

sernisin-avtobusu-qezaya-dusdu-
Oxunma sayı: 4453

Dünən Qobustan rayonunda ata və azyaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 8-də saat 19 radələrində Qobustan şəhərində qeydə alınıb. Rayon sakini Elnur Qədimovun idarə etdiyi “VAZ-21214” və Şəki rayon sakini Çingiz Yusifovun idarə etdiyi “Ford” markalı mikroavtobus toqquşub.

Nəticədə E.Qədimov və sərnişinlərindən - azyaşlı oğlu Rahid hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd