Sərnişin avtobusunda 14 nəfər güllələndi

sernisin-avtobusunda-14-nefer-gullelendi
Oxunma sayı: 803

Pakistanın Belucistan əyalətində silahlı şəxslər sərnişin avtobusuna hücum təşkil ediblər.

“Qafqazinfo”nun “Geo TV”yə istinadən xəbərinə görə, naməlum şəxslər avtobusu dayandıraraq sərnişinlərdən sənəd tələb ediblər. Onlar sənədləri yoxladıqdan sonra 14 sərnişini güllələyərək qətlə yetiriblər. 

Hadisənin terror aktı olub-olmadığı müəyyənləşdirilir.