Sumqayıtda sərnişin avtobusunun vurduğu piyada ölüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə aprelin 1-də şəhərin Heydər Əliyev prospektində baş verib. 1961-ci il təvəllüdlü Xakib Bayramov “Sumqayıt Nəqliyyat” MMC-yə məxsus sərnişin avtobusu olan “Akia” markalı 50 AE 646 nömrəli avtobusla yolu keçən piyada, 1965-ci il təvəllüdlü Faiq Tağıyevi vurub.
Yaralı xəstəxanaya yerləşdirilsə də, aprelin 4-də orada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər