Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakı metropolitenin rəsmiləri dünən baş tutan “Qəbələ” – PAOK oyununun gec başlamasını (22:00) nəzərə alaraq, metronun 00:00-da deyil, 01:30-da bağlanacağını ilə bağlı açıqlama vermişdilər.
“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” azərkeşlərinin bildirdiyinə görə, dünən metropoliten verilən vədi yerinə yetirməyib.
Məsələ ilə bağlı metronun Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev “Qafqazinfo”ya açıqlama verib.
O bildirib ki, metronun bütün stansiyaları saat 01:00-a qədər giriş üçün açıq olub: “01:40-a qədər isə çıxış açıq olub. Biz qərar vermişdik ki, stadiondan çıxan sərnişinlərin rahat daşınması üçün stansiyalar açıq olacaq və bunu da etmişik. 23 stansiyası olan metrodan gecə saat 00:00-dan saat 01:00-a qədər cəmisi 95 sərnişin giriş edib. Nəzərə alaq ki, bizim gecə növbəmiz başlayan vaxt olduğu üçün 95 nəfərin çoxusu da metronun işçilər olub. Saat on ikiyə qalmış oyun bitsə də, metroya sərnişin gəlmədiyi üçün bağladıq”.
Son xəbərlər
Son Xəbərlər