Sərnişin maska ​​taxmadı, təyyarə yarı yoldan qayıtdı

sernisin-maska-taxmadi-teyyare-yari-yoldan-qayitdi
Oxunma sayı: 2689

ABŞ-ın Mayami şəhərindən İngiltərənin paytaxtı Londona getməli olan təyyarə sərnişinlərdən birinin maska ​​taxmaqdan imtina etməsinə görə Floridaya qayıdıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “American Airlines”in 38 saylı reysində sərnişinin maskadan imtina etməsi gərginliyə səbəb olub.

Bütün israrlara baxmayaraq, maska taxmaq istəməyən qadın sərnişinə görə pilot havaya qalxdıqdan 1,5 saat sonra, Atlantik okeanı üzərində olarkən geri qayıtmağa qərar verib.

Göyərtəsində 129 sərnişinin olduğu təyyarə Mayamiyə qayıdıb və polis 40 yaşlarında olan qadını təyyarədən endirib.

Aviaşirkət qadının “American Airlines” ilə uçuşu qadağan edilənlər siyahısına salındığını bildirib.