Gədəbəy rayonunda ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb. “Qazel” markalı sərnişin mikroavtobusu ilə “VAZ 2106” markalı avtomobil toqquşub.
Qəza nəticəsində 27 yaşlı Azər adlı şəxs vəfat edib. Yeddi nəfər – 35 yaşlı Sahil İsmayılov, 18 yaşlı Coşqun Abbasov, 35 yaşlı Emin Budaqov, 47 yaşlı Ağa Ələkbərov, 56 yaşlı Mənzə Məmmədliyeva, 24 yaşlı Solmaz Sadıqova və 53 yaşlı Şəhla Səlimova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər