Sərnişin qatarı relsdən çıxaraq evə çırpılıb - Video

sernisin-qatari-relsden-cixaraq-eve-cirpilib
Oxunma sayı: 723

Yunanıstanda sərnişin qatarı relsdən çıxıb, yaralananlar var.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Skai telekanalı xəbər verib.

İlkin məlumata görə, qatarda 100-ə yaxın sərnişin olub. Elektrovoz və beş vaqonu relsdən çıxıb və qatar yaşayış evinə çırpılıb.

Hadisə yerində çoxlu sayda təcili tibbi yardım və  yanğınsöndürmə briqadaları fəaliyyət göstərir. 

Telekanalın məlumatına görə, yaralılar var, amma onların sayı hələ məlum deyil.