“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, hadisə Los –Angelesın şimal-qərbində yerləşən Oxnard qəsəbəsində baş verib. Sərnişin qatarı relslər üzərində dayanan yük maşınına çırpılıb. Relsdən çıxan 3 vaqon aşıb, 30 nəfər ağır yaralanıb. Yaralılar bölgə xəstəxanalarına yerləşdiriblər.
Qəzaya səbəb olan yük maşının sürücüsü həbs olunub.
Son xəbərlər
Son Xəbərlər