Sərnişin sürücünü bıçaqla hədələyib maşını qaçırdı

sernisin-surucunu-bicaqla-hedeleyib-masini-qacirdi
Oxunma sayı: 772

Noyabrın 6-da saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş C.Zeynalov qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılıb.