Sərnişin təyyarəni partlatmaqla hədələdi - Rusiyada

sernisin-teyyareni-partlatmaqla-hedeledi
Oxunma sayı: 644

Moskva-Kalininqrad aviareysinin sərnişini təyyarəni partlatmaqla hədələyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“SV 6127 reysinin sərnişini eniş zamanı təyyarəni partlatmağa hazır olduğunu bildirib. Məlumat təhlükəsizlik xidmətinə çatdırılıb. Sərnişin təyyarə eniş etdikdən sonra polis tərəfindən saxlanılıb”, -deyə Rossiya avia şirkətinin rəsmi nümayəndəsi bildirib.

Digər sərnişinlər otelə yerləşdirilib. Onlar əlavə reyslə yola salınacaqlar.