Sərnişin təyyarəsi havada yoxa çıxıb - 69 nəfərlə birgə

sernisin-teyyaresi-havada-yoxa-cixib
Oxunma sayı: 2672

Paris-Qahirə reysini həyata keçirən sərnişin təyyarəsi yoxa çıxıb. “EgyptAir”aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib.

QafqazinfoAnspress-ə istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində 69 nəfər olub. Təyyarədə olanlardan 59-u sərnişin, 10-u isə şəxsi heyət olub. Şirkətin ilk açıqlamasında qeyd edilib ki, 804-cü reyslə Parisin "Şarl de Qoll" hava limanından havaya qalxan təyyarə cümə axşamı Qahirə Beynəlxalq Hava Limanına enməli idi.

Təyyarə yerli vaxtla 23:09-da uçuş zolağından qalxan “Airbus 320”-nin sonuncu dəfə Afina və Türkiyə hava məkanında radio əlaqəyə girdiyi bildirilib.

Təyyarə Misirin hava məkanına girə bilib. Radarlardan itən zaman o 11 min metr hündürlükdə olub. "Airbus 320"-nin axtarışlarına başlanılıb.

"EgyptAir" baş verən hadisə ilə bağlı qərargah yaradıb. İtən təyyarənin axtarışına həm Misir, həm də Yunanaıstandan olan hərbi təyyarələr də cəlb edilib.

Misirin mülki aviasiya naziri Şərif Fatxi Səudiyyə Ərəbistanına səfərini yarımçıq saxlayaraq ölkəsinə geri qayıdıb.