“Sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, birdəfəlik istifadə üçün əlcək, həmçinin dezinfeksiya edilən sanitayzerdən ibarət olan fərdi qoruyucu vasitələr dəsti təqdim ediləcək”.
"Qafqazinfo" xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.
“Tualet kabinələrindən istifadə istisna olmaqla, uçuş müddətində salonda gəzməyə icazə verilməyəcək. Ekipajla təmasın minimuma endirilməsi üçün uçuş zamanı sərnişinlərə hermetik qablarda qida və birdəfəlik istifadə üçün yemək ləvazimatı təqdim ediləcək.
Pandemiya dövründə sərnişinlərə birdəfəlik istifadə olunan qulaqlıqlar istisna olmaqla, yastıq, odyal, planşet və digər ləvazimatlar təqdim olunmayacaq.
Uçuş zamanı sərnişinlərin birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o digər sərnişinlərlə təmasın minumuma endirilməsi məqsədi ilə hava gəmisinin arxa hissəsinə təcrid ediləcək. Ona xidmət göstərmək üçün ayrıca təyyarə bələdçisi təyin ediləcək”, - deyə Hacıyev əlavə edib.
Son xəbərlər
Son Xəbərlər