Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol qəzası törətməkdə təqsirləndirilən Fərhad Quliyevə hökm oxunub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F. Quliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. O, istintaq dövründə azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.
İttihama görə, F. Quliyev 2017-ci il noyabrın 10-da Siyəzən rayonu ərazisində olarkən idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sərnişini, Quba rayon sakini Elman Rəhimov vəfat edib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər