Sərnişinin ürəyi tutdu, təyyarə təcili Bakıya eniş etdi

sernisinin-ureyi-tutdu-teyyare-tecili-bakiya-enis-etdi
Oxunma sayı: 3576

“Cathay Pacific” aviaşirkətinin Sürix-Honqonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürəktutma).

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 21:29-da Bakı hava limanına uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə yerləşdirilib.