Sərnişinlərin nəzərinə!

sernisinlerin-nezerine
Oxunma sayı: 1916

Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları bir günlük işləməyəcək.

“Qafqazinfo” xəbər verir ki, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq.

Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.