M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək. Bu barədə “Qafqazinfo”ya məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev verib.
Bildirib ki, qeyd edilən ekspres xətlərin iş qrafikində dəyişiklik edilməyib: “Hər hansı bir dəyişiklik ediləcəyi təqdirdə bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
Bir daha sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırırıq”.
Son xəbərlər
Son Xəbərlər