İyulun 6-sı saat 11:00-a olan məlumata görə, gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi Göygöldə 16 m/s, Şahbuzda 17 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub.