Şərq ölkəsində güclü partlayış- - 16 ölü, 80 yaralı

serq-olkesinde-guclu-partlayis-
Oxunma sayı: 757


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, turistlərin hədəf olduğu böyük partlayışda 16 nəfər dünyasını dəyişib. Ölü sayının artacağı istisna edilmir. Partlayışa motosikletə yüklənmiş bombanın səbəb olduğu açıqlanıb. 80 nəfərdən çox insanın yaralandığı da qeyd olunur. 

Partlayışdan sonra paytaxtın Rajprasong ticarət mərkəzində yenidən bomba həyəcanı yaşanıb. İki bomba zərərsizləşdirilib. Tayland müdafiə naziri Prawit Wongsuwong açıqlamasında terroristlərin ölkənin turizm ərazilərini hədəf aldığını və bu sahəyə ziyan vurmaq istədiklərini bildirib.

“Qafqazinfo”