Şərq üslubunda geyim, yüksək təhlükəsizlik - Şahzadə və xanımı Pakistanda+Fotolar

serq-uslubunda-geyim-yuksek-tehlukesizlik
Oxunma sayı: 3251

Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı Keyt Middlton Pakistana rəsmi səfər ediblər.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, kral ailə üzvlərini pakistanlı rəsmilər qarşılayıblar. Keyt Middlton dizayner Ketrin Uokerin şərq üslubunda hazırladığı mavi libas geyinib.

Uilyamla Keytin Pakistan səfərini təşkilatçılıq baxımından ən çətin səfər adlandırıblar. Belə ki, şahzadə ilə xanımının təhlükəsizliyini təmin etmək üçün xeyli əmək sərf edilib.

Qeyd edək ki, şahzadə Çarlzın 2006-cı il səfərindən sonra, kral ailə üzvlərinin Pakistana ilk gəlişidir.