“Şərqdə qadınlara daha düzgün münasibət var” - Fotolar

serqde-qadinlara-daha-duzgun-munasibet-var
Oxunma sayı: 2784

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Yaşıl furqon” serialının aktrisası Yekaterina Olkina “Moskva-Baku” nəşrinin suallarını cavablandırıb. “Qafqazinfo”nun məlumatına görə, aktrisa müsahibəsində Şərq mədəniyyətinə olan sevgisindən və Azərbaycana gəlmək istəyindən söz açıb.  

Müsahibənin həmin hissəsini təqdim edirik:

- Siz tez-tez digər ökələrə səyahət edirsiniz. Nə vaxtsa Bakıda olmusunuz?

- Mən heç vaxt Bakıda olmamışam, məni ora çəkilişə çağırın! Həmkarlarımdan Azərbaycan haqda yalnız tərif dolu fikirlər eşidirəm. Öz sıx iş qrafikimlə ora gəlib istirahət etmək hələ mümkün deyil, amma, əgər hər hansısa bir ekran işinin çəkilişlərini Azərbaycana keçirmək olsaydı, bu, xoşbəxtlik olardı! Yeni ilin bu çağında belə bir arzu tutmaq istəyirəm.

- Şərq mədəniyyəti sizə yaxındırmı? Siz Şərq qadınını canlandıra bilərdinizmi?

- Bir dəfə mən az qala İrana çəkilməyə gedəcəkdim. İran istehsalı olan ekran işində fars qızını oynamalı idim. Mən hətta fars dilini və Şərq mədəniyyətini öyrənməyə başlamışdım. Təəssüflər olsun ki, şərtə görə mən üç ay orada yaşamalı idim. Paralel olan Moskva çəkilişlərinə görə imtina etməli oldum. Mən bu iki layihəni bir araya sığışdıra bilmədim.

Çoxları məndə Şərq kökləri görür, amma valideynlərim etiraf etmir. Şərq mənə çox yaxındır. Düşünürəm ki, orada qadınlar daha zərif və incədir. Orada onlara daha düzgün münasibət var. Hesab edirəm ki, qadın kişinin arxasında olmalıdır, Şərq ökələrindəki kimi.