“Şərqi Qutada qətliam törədənlərin cəzası ağır olacaq”

serqi-qutada-qetliam-toredenlerin-cezasi-agir-olacaq
Oxunma sayı: 1156

“Şərqi Quta və Dumada qətliam törədənləri lənətləyirəm. Kim olursa-olsun, bu qətliamı törədənlər cəzasını ağır şəkildə ödəyəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan parlamentdə çıxışı zamanı deyib:

“Bununla bağlı görüşlərimiz və işlərimiz davam edir. Dünən də cənab Putinlə telefonla danışdıq”. 

Ərdoğan, həmçinin əlavə edib ki, Türkiyə ordusunun Afrindəki əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 4071-ə çatıb.