Sərt hesabata iqtidarla müxalifətdən - - Reaksiya

sert-hesabata-iqtidarla-muxalifetden-
Oxunma sayı: 1212


"Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, hesabatda ayrı-ayrı bölmələr (birləşmə azadlığı, vicdan azadlığı, QHT-lərə təzyiqlər, ifadə azadlığı, toplaşma azadlığı, işgəncə və pis rəftar) üzrə Azərbaycandakı vəziyyətin pisləşdiyi geniş şəkildə qeyd olunur.

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, “Amnesty İnternational”ın hesabatındakı Azərbaycanla bağlı qeyd olunanlar ölkəmizə qarşı qərəz və qarayaxma kampaniyasıdır: “Bu təşkilat ənənəvi düşmən mövqeyini davam etdirir. Bu sənəddə qeyd olunanlar Azərbaycana qarşı qərəzin, böhtanın növbəti təcəssümüdür. Anti-Azərbaycan koalisiyası bu il ciddi fəaliyyətdədir. Onların böyük əksəriyyəti Avropada, Amerikada yerləşir. Eyni zamanda, bu koalisiyaya təəssüf edirəm ki, ölkəmizdəki bir sıra antimilli qüvvələr də daxildirlər. Onlar Azərbaycanı hər zaman gözdən salmağa, dövlət olaraq əldə etdiyi uğurları, demokratik cəmiyyətin formalaşması üçün ortalığa qoyulan iradəni nüfuzdan salmağa çalışırlar. Bu təşkilat heç zaman Azərbaycandakı müsbət işləri etiraf etmir, hər şeyi qara rəngdə ictimaiyyətə çatdırmağa cəhd edir. İllərdir bu qərəz nümayiş etdirilir. 

Onların arxasında birmənalı olaraq erməni diasporu dayanır. Erməni diasporunun maliyyələşdirdiyi bu cür qurumlar Azərbaycana qarşı intensiv təbliğat aparırlar. Diqqət edirsinizsə, anti-Azərbaycan qüvvələri o zaman fəallaşırlar ki, həmin zaman kəsimində ölkəmizdə ciddi beynəlxalq tədbirlər planlaşdırılır, keçirilir. ”Eurovision" mahnı yarışması ərəfəsində də belə olub. İndi Azərbaycan Avropa Oyunlarına ciddi hazırlaşdığı bir dövrdə yenidən ölkəmizin nüfuzdan salınmasına cəhdlər edilir. Məlum hesabatlar bunun üçündür. Ona görə də biz də onlara qarşı fəaliyyətimizi davam etdirməliyik. Onlara KİV-də cavab verməklə kifayətlənmək lazım deyil. QHT-lər o cür təşkilatlara Azərbaycan həqiqətlərini çatdırmalı və onlardan həqiqətləri danmamağı tələb etməlidirlər. O cür təşkilatlarla mübarizə onların öz dilləri ilə aparılmalıdır".  

Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə hesab edir ki, hesabatın Azərbaycanla bağlı hissəsi tamamilə obyektivdir: “Sənəddə qeyd edilənlərin hamısı bizim gözlərimizin qarşısında baş verənlərdir. Ölkəmizdəki insan haqları ilə bağlı durumu obyektiv əks etdiriblər. Vicdan məhbuslarının olmasının qeyd olunması da həqiqəti əks etdirir. Ölkədə 100-dən artıq siyasi məhbus var və onların 30-a yaxını vicdan məhbusudur. Hesabat reallığı əks etdirən sənəddir”.