Sərt karantin günlərində aptekdən dərman sifariş verməyin qaydası - Açıqlandı

sert-karantin-gunlerinde-aptekden-derman-sifaris-vermeyin-qaydasi
Oxunma sayı: 3966

Xəbər verildiyi kimi, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.

Məlumata görə, qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914  və  *7700 “Qaynar Xətt”inə və  www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.