Sertifikasiya imtahanında ən zəif nəticə göstərən orta ixtisas təhsili müəssisələrinin adları açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə bildirib.
O qeyd edib ki, ən zəif nəticə göstərən Ağcabədi Pedaqoji Texnikumu, Gəncə Humanitar Kolleci və Astara Pedaqoji Texnikumu ilk üçlükdə yer alıb.
“Bizim müəllimlərin yaşı ilə bağlı problemimiz yoxdur. İllər əvvəl işə götürmə və diplom vermə praktikamızda səhvlər olub. Bunu bir adam etməyib, aşağı-yuxarı hamı edib. Çünki hər kəsin ən azı bir saxta diplom almış tanışı var. Lakin qeyd edə bilərik ki, son illər işə götürülən müəllimlərin orta bal göstəricisi əvvəlki illərdən çoxdur”, - nazir qeyd edib.
Gülnar Əliyeva

Son xəbərlər
Son Xəbərlər