Sertifikasiya imtahanında hansı müəllimlər iştirak edəcək? - Açıqlama

sertifikasiya-imtahaninda-hansi-muellimler-istirak-edecek
Oxunma sayı: 2819

“Sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər. Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, o da sertifikasiyada iştirak edə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı tədbirdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

O qeyd edib ki, sertifikasiyadan keçən müəllimin nəticələri 5 il qüvvədə olacaq.

Gülnar Əliyeva